YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatında 2018-ci il prezident seçkilərinin bir ilinə həsr olunmuş tədbir keçirilib

YAP Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin birgə  təşkilatçılığı ilə keçirilən  2018-ci il prezident seçkilərinin bir ilinə həsr olunan tədbiri giriş sözü ilə açan təşkilatın sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov ötən bir ilin Azərbaycanın tarixinə biri-birindən mühüm uğurlar yazdığını qeyd etdi. Bildirdi ki, tariximizin uğur səhifələrinin zənginliyi harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı sevindirir, Azərbaycanın daha da qüdrətlənməsinə, zənginləşməsinə töhfələr verməyə ruhlandırır.

H.Mirələmov vurğuladı ki, bu günümüzün reallıqları  müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və  bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. Cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyi vədini xatırladan  millət vəkili qeyd etdi ki, məhz bu vədin əməli işdə öz təsdiqini tapması dövlətimizin başçısının 2008, 2013 və 2018-ci il prezident seçkilərində qələbəsini şərtləndirdi. 2018-ci il prezident seçkiləri xalq-iqtidar birliyinin, xalqımızın həyata keçirilən siyasətə dəstəyinin barizi nümunəsi oldu.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə son bir ili Azərbaycanın 28 ilə yaxın müstəqillik tarixinin mühüm səhifəsi kimi xarakterizə etdi. Bildirdi ki,  2018-ci ilin prezident seçkilərindən ötən bir ilin  tamamında  Azərbaycan xalqının  10 milyonluq ölkə sevincini yaşaması sosial-iqtisadi  uğurlarımızın aydın mənzərəsini yaradır.

Xətai Rayon İcra Hakimiyəti başçısının birinci müavini Rafiq Quluyev çıxışında dövlətimizin başçısı İlham Əliyevin təkmil  sosial-iqtisadi islahatlarından bəhs edərək, ötən bir ilin Azərbaycanın sosial dövlət imicinə gətirdiyi əlavələri diqqətə çatdırdı.

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədr müavini  Könül Əfəndiyeva bildirdi ki, dövlətimizin başçısı  İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin  təməlində məhz gələcəyimizlə bağlı istək, arzu dayanır. Yəni, Azərbaycan daha güclü, qüdrətli olmalı, ən yeni texnologiyalar ölkəmizə gətirilməli və tətbiqi öz aktuallığını qorumalıdır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan innovasiyalar ölkəsidir.

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü  Ülvi  Seyfullazadə   təkcə son bir ildə cənab İlham Əliyevin gənclərə diqqət və qayğısından, onların  təhsilə, elmə daha çox yiyələnmələri üçün atdığı davamlı addımlardan bəhs etdi.

Milli Məclisin iqtisadi siyasət,  sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxışına bu fikirlərlə başladı ki,  demokrafik  inkişaf hər bir ölkənin gələcəyini müəyyən edən amillərdin biridir. Məhz bu baxımdan dövlətimizin başçısı İlham Əliyev  yeni iş yerlərinin yaradılmasının daimi proses olmasını əsas tələb kimi qarşıya qoyaraq, bunu ölkə əhalisinin sayının artması ilə əlaqələndirir.