YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır

"2018-ci il aprelin 11-də ölkəmizdə tam demokratik şəraitdə və beynəlxalq standartlara uyğun, azad və ədalətli keçirilən prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyəti möhtərəm Prezident İlham Əliyevə növbəti dəfə etimad göstərərək müstəqil Azərbaycan Respublikasının qarşıdakı dövrdə də sabit, dinamik inkişafına, xalqımızın rifahının davamlı yüksəlməsinə səs verdi. Xalqımızın bu seçimi kifayət qədər ciddi əsaslara söykənir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb və bu gün ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Məhz bu və Azərbaycanın hərtərəfli inkişafını ifadə edən digər möhtəşəm nailiyyətləri görən Azərbaycan xalqı da prezident seçkilərində yüksək mütəşəkkillik və fəallıq göstərərək öz Liderinə səs verdi". Bu fikirləri  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, ötən 1 il ərzində də ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirib, çox dərin məzmunlu islahatlar həyata keçirilib, sosial sferada inqilabi qərarlar qəbul olunub. Sahibə Qafarova xatırladıb ki, prezident seçkilərindən dərhal sonra ölkəmizdə iqtisadi və sosial islahatların yeni mərhələsinə start verilib. O cümlədən, iqtisadi inkişafın davamlılığını, qeyri-

neft sektorunda yeni istehsal və ixrac imkanları yaradılmasını hədəfləyən islahatlar da uğurla reallaşdırılıb. "Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesinin davam etdirilməsi, əməkhaqlarının və pensiyaların artırılması, sosial infrastruktur quruculuğunun uğurla həyata keçirilməsi, bütün ölkə boyunca yeni iş yerlərinin yaradılması və digər bu qəbildən olan tədbirlər ölkə vətəndaşlarının həyat şəraitlərinin əsaslı şəkildə yaxşılaşmasını təmin edib, vətəndaşların gəlir imkanlarının artırılmasına imkan verib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycanda reallaşdırılan sosial paketin dünyada bənzəri yoxdur. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur", - deyən millət vəkili xatırladıb ki, bu dövrdə qəbul olunan mühüm qərarlardan biri də devalvasiya nəticəsində ziyan çəkmiş vətəndaşlara dövlət tərəfindən kompensasiyaların verilməsi oldu. Dövlət çox ciddi maliyyə yükü yaratmasına baxmayaraq, cəsarətli bir addım ataraq vətəndaşlarımızın itkilərini qarşılamağı öz üzərinə götürdü. "Digər mühüm bir fakt Bakı şəhərinin Nizami rayonunda ticarət mərkəzində baş verən yanğınla bağlı sahibkarla dövlət dəstəyinin göstərilməsidir. Eyni zamanda, Novruz bayramı ərəfəsində növbəti Əfv sərəncamının imzalanması, yüzlərlə məhkumun Prezidentin bu addımından yararlanaraq azadlığına qovuşması dövlət başçımızın yüksək ideallara və humanizm prinsiplərinə söykənən siyasət həyata keçirdiyinin daha bir təsdiqidir. Bu günlərdə imzalanan Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərman da sübut edir ki, ötən bir il ərzində reallaşdırılan bütün sahələri əhatə etməklə yeni və daha yüksək keyfiyyət dəyişikliklərinə gətirib çıxarır". – deyə Sahibə Qafarova qeyd edib.

Milli Məclisin deputatının fikrincə, bütün bunlar isə həm də o gerçəkliyi ifadə edir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Azərbaycanın həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Başqa sözlə, Azərbaycanda əhalinin bütün təbəqələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır.