YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Dövlətimizin sosial siyasəti ardıcıl və sistemlidir

“Hər zaman xalqın xoş və sevincli günlərində vətəndaşların sevincinə şərik olan dövlətimizin başçısı cənab İlham Əliyev çətin  günlərdə də onların yanında olur. Heç kim xətadan-bəladan sığortalanmayıb. Elə qəzalar, təbii fəlakətlər var ki, insan onun qarşısında aciz qalır. Lakin müstəqil Azərbaycan dövlətinin vətəndaşlarının ölkə Prezidenti İlham Əliyevin humanist siyasətinə olan etibarı, inamı daim onlara güç və qüvvət verir. Çətinə, dara düşən hər bir azərbaycanlı inanır ki,onun köməyinə, dəstəyinə ilk inandığı, etibar etdiyi Prezidenti gələcək və dəstək olacaq”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısının zərərçəkmiş sahibkarlara yardımı ediləcəyini bəyan etməsi bir daha təsdiq etdi ki, dövlətimiz həmişə əsas tutduğu humanizm prinsiplərinə sadiqdir və hər zaman xalqın yanındadır.

“Cənab Prezidentin operativ olaraq  hadisəyə öz münasibətini bildirməsi, sahibkarlara dəyən zərərin araşdıılması ilə bağlı lazımi tapşırıqlar verməsi ölkəmizin sosial dövlət olmasının mahiyyətinin vətəndaşlara daim qayğı göstərmək olduğundan xəbər verir. Azərbaycan Prezidenti ölkədə sığorta sistemində olan nöqsanlara da diqqət yetirib. Adətən, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Sığorta sistemində olan çatışmamazlıqlara baxmayaraq Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsinə yönəldilən humanist siyasət hər zaman olduğu kimi, bu yanğın hadisəsindən zərərçəkmiş sahibkarlara da dəstək oldu. Bu da təkcə sahibkarların deyil, cəmiyyətin, ölkə vətəndaşlarında ruh yüksəkliyi, minnətdarlıq hissi yaratdı. “Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik”-ölkə rəhbərinin müşavirədə səsləndirdiyi bu fikirlər Azərbaycan vətəndaşnı bir daha əmin etdi ki, xoş gündə də, dar gündə də dövlət başçısının diqqət və qayğısından kənarda qalmayacaq. Cənab Prezidentin  16 il əvvəl söylədiyi "Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir, bu, mənim borcumdur”- sözləri bu gün tam təsdiqini tapıb. Cənab İlham Əliyev ölkə rəhbəri kimi fəaliyyətə başladığı dövrdən xalqın marağını hər şeydən üstün tutan, xoşniyyətli əməlləri, imzaladığı fərman və sərəncamları, praqmatik qərarları ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Eyni zamanda, “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zəzəzçəkmiş sahibkarlara dövlət dəstəyi bir daha təsdiqləndi ki, dövlətin sosial siyasəti ardıcıl və sistemlidir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifədir”-deyə, P.Kərimzadə vurğulayıb.