YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev ticarət mərkəzindəki yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi üçün 3 milyon manat ayrıb

Ticarət mərkəzindəki yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi üçün İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Prezident İlham Əliyev martın 29-da “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Bundan başqa, İqtisadiyyat Nazirliyinə zərər çəkmiş sahibkarlara bu Sərəncama əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etmək tapşırılıb.

DİGƏR Xəbərlər Arxiv