YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Siyarto: Macarıstan-Azərbaycan münasibətləri strateji xarakter daşıyır

Azərbaycanda dini müxtəlifliyə böyük hörmət var və onu yüksək dəyərləndirirlər. Bütün dinlərə mənsub insanlar bu ölkədə öz ayinlərini sərbəst şəkildə yerinə yetirirlər.

Bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto martın 29-da ADA Universitetində mühazirəsi zamanı deyib.

Azərbaycan-Macarıstan əlaqələrinə toxunan nazir bildirib ki, ölkələrimiz arasındakı münasibətlər strateji xarakter daşıyır. O bildirib ki, Azərbaycan ilə Macarıstan arasında qida məhsulları ticarəti və energetika sahələrində əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Azərbaycanı Avropanın, o cümlədən Macarıstanın enerji mənbələrinin şaxələndirilməsində vacib oyunçu hesab edirik. Macarıstan qaz mənbələrinin şaxələndirilməsi üçün variantları nəzərdən keçirir. Bizim üçün ən yaxşı seçim Cənub Qaz Dəhlizi üzrə Azərbaycan qazının tədarüküdür. Bakıda keçiriləcək görüşlərdə bununla bağlı müzakirələr aparılacaq.

Peter Siyarto vurğulayıb ki, regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan Azərbaycan Avropanın vacib tərəfdaşıdır. O, Azərbaycan ilə Avropa İttifaqının əməkdaşlığını daha da möhkəmləndirməyə imkan verəcək yeni sazişin ən qısa zamanda imzalanacağına ümid etdiyini bildirib.