YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Yaxın günlərdə ilk DOST Mərkəzi açılacaq

İlk Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Mərkəzinin açılışı yaxın günlərdə baş tutacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev xarici diplomatlarla ölkədə sosial islahatlara həsr olunmuş görüş zamanı deyib.

Nazir qeyd edib ki, mərkəzin binasının tikintisi artıq başa çatıb. DOST Mərkəzinin yaradılması nazirliyin bütün xidmətlərinin bir məkanda toplanmasına imkan verəcək.

S.Babayev həmçinin müavinət və pensiyaların təyin olunmasının avtomatlaşdırılması məsələsinə toxunub. O xatırladıb ki, yanvarın 1-dən pensiyaların təyin olunması elektron şəkildə həyata keçirilir, aprelin 1-dən isə əlillik üçün müavinətin avtomatik təyin olunması işə düşəcək. Bundan başqa, sosial müavinətlər sisteminin də avtomatlaşdırılması planlaşdırılır.

DİGƏR Xəbərlər Arxiv