YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq və onun keçirilməsi məsələləri razılaşdırılacaq

Aprelin 4-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq və onun keçirilməsi məsələləri üzrə razılaşdırma müşavirəsi keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Moskvada MDB-yə üzv dövlətlərin və MDB İcraiyyə Komitəsinin Birliyin Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq və onun keçirilməsi məsələləri üzrə razılaşdırma müşavirəsi keçiriləcək.

Xatırladaq ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası aprelin 5-də Moskvada olacaq. İcraiyyə Komitəsi mətbuat xidmətinin məlumatına görə, iclasın gündəliyinin layihəsi yanvarda Birliyin nizamnamə daxili və digər orqanlarının nəzdində Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında hazırlanıb və Xarici İşlər Nazirləri Şurasının sədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov tərəfindən təsdiq edilib. Gündəliyə 10 məsələ daxil edilib.

Geniş olmayan çərçivədə beynəlxalq gündəliyin aktual məsələləri üzrə ənənəvi fikir mübadiləsi və Birlik formatında qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi nəzərdə tutulub. Bundan başqa, nazirlər İkinci Dünya müharibəsinin başlanmasının 80-ci ildönümü münasibətilə MDB-yə üzv dövlətlərin başçılarının Bəyanatının layihəsini, habelə Birlik ölkələrinin xarici siyasət idarələri arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

Xarici İşlər Nazirləri Şurasının iclasında geniş formatda müzakirəyə təqdim ediləcək məsələlər arasında hərbi məzarların və Böyük Vətən müharibəsi ilə bağlı hərbi abidələrin mühafizəsi və fundamental tədqiqatlar sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsi var.

Digər sənədlər müzakirə olunmadan imzalanacaq. Bu sənədlər paketi tam şəkildə razılaşdırılıb və Birlik ölkələrinin mədəniyyət, təhsil və cinayətkarlığa qarşı mübarizə sahələrində qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsini ehtiva edir.