YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri BMT baş katibinin müavini ilə görüşüb

ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov BMT baş katibinin müavini - BMT-də sülhməramlı əməliyyatlar departamentinin rəhbəri Jan Pyer Lakrua ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, J.P.Lakrua Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, xüsusilə Əfqanıstanda həyata keçirilən missiyada fəaliyyətlərini və beynəlxalq təhlükəsizliyə dəstəyin davamı olaraq Cənubi Sudan Respublikasında Azərbaycan hərbçilərinin iştirakını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov BMT-nin sülhməramlı əməliyyatlarına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymamasını BMT baş katibi müavininin diqqətinə çatdırıb.

Müdafiə naziri bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Eyni zamanda, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, torpaqlarını istənilən vasitə ilə azad etmək hüququnu özündə saxlayır.

Görüşdə ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri barədə də geniş fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv