YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır

İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir deyib: "Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır. SOCAR və İranın NICO şirkəti arasında uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Naxçıvan MR-in qazla təmin olunmasında əməkdaşlıq həyata keçirilir. "Xudafərin" və "Qız Qalası", eləcə də "Ordubad və Marazad" SES və hidroqovşaqlarının tikintisi və istismarı üzrə "Birgə Texniki Komissiya"lar yaradılıb, bu istiqamətdə birgə iş aparılır. Eyni zamanda, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. 2016-cı ildə Hökumətlər arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi imzalanıb, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb. Bununla yanaşı, İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır. Düşünürəm ki, Azərbaycan-İran-Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirməyə imkanlar yaradacaq".