YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa Milli Assambleyasının saytında yerləşdirilən məlumatda Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşdən bəhs edilir

Fransa Milli Assambleyasının rəsmi saytında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu qurumun sədri Rişar Ferranla görüşü barədə məlumat yerləşdirilib.

Azərbaycanın Fransa ilə əlaqələrinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan bu səfər zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın Milli Assambleyanın sədri Rişar Ferran ilə görüşündə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Milli Assambleyanın sədri parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, səfər zamanı Fransa rəsmiləri ilə keçirilən görüşlər, aparılan danışıqlar ikitərəfli siyasi, iqtisadi, mədəni və elmi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və konkret layihələrin həyata keçirilməsi ilə bağlı geniş perspektivlər açıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın bu səfəri Fransanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu bir daha təsdiqləyir.