YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İhsanoğlu: Qlobal Bakı Forumu Azərbaycanın dünyada nüfuzunun artmasına töhfə verir

Qlobal Bakı Forumunun böyük əhəmiyyəti var.

Bunu İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu deyib.

O qeyd edib ki, hər il bu forumda çoxlu sayda hazırkı və sabiq dövlət, eləcə də hökumət başçılarının bir araya gəlməsi ev sahibi kimi Azərbaycanın nüfuzunun göstəricisidir: “Eyni zamanda forum Azərbaycanın dünyada nüfuzunun artmasına, haqq səsinin dünyada eşidilməsinə öz töhfəsini verir. Dağlıq Qarabağ münaqişəsinin həlli nəinki Azərbaycan, bütün türk və İslam dünyası üçün önəmli məsələdir”.

E.İhsanoğlu əlavə edib ki, Azərbaycanla uzun müddətdir əməkdaşlıq edir: “Azərbaycanın dünyadakı etibarının ildən-ilə güclənməsini görürəm. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun qurulmasında aktiv rol oynayır”.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 55-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.