YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kanadanın Almaniyadakı səfiri: VII Qlobal Bakı Forumunda iştirak etməyimə çox şadam

VII Qlobal Bakı Forumunun iştirakçısı, Kanada Baş nazirinin Avropa İttifaqında və Avropada xüsusi nümayəndəsi, Kanadanın Almaniyadakı səfiri Stefan Dion bu irimiqyaslı tədbir barədə təəssüratlarını bölüşüb.

Səfir deyib: “Fikrimcə, bu, çox maraqlı konfransdır və mən burada iştirak etməyimə çox şadam. Hesab edirəm ki, müzakirələr çox əhəmiyyətli və açıqdır. Çox xoşdur ki, konfrans təkcə protokola uyğun keçmir, burada, həmçinin məsələlərin əsl mahiyyəti müzakirə olunur. Biz konfransda dünyanın başlıca məsələlərini, onun ədalətli inkişafını, təhlükəsizliyini, sabitliyini müzakirə edirik”.