YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: Nikol Paşinyan yenidən danışıqların imitasiyasına qayıdır

“Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdə təxribat xarakterli bəyanatları onun danışıqlar prosesinə hazır olmadığını göstərir”. Bu fikirləri  Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A.Mollazadə  bildirib ki, N.Paşinyanın hakimiyyətinin itirilməsinə səbəb olacaq hər hansı qərar qəbul etməkdən qorxur. Onun sözlərinə görə, Paşinyanın çaşqın və fərqli hərəkətlərinin əsas səbəbi də məhz budur. Paşinyanın dəfələrlə təkrar etdiyi təkliflər 90-cı illərin əvvəllərində Ermənistanın mövqeyinə yaxındır. Hansı ki həmin təkliflər uzun müddətdir ki, rədd edilib. Bütün bunlar göstərir ki, Paşinyan yenidən danışıqların imitasiyasına qayıdır və sülhə hazır deyil.

Hazırkı şəraitdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyü məsələsinə toxunan A. Mollazadə söyləyib ki, görüş baş tuta bilər.

 “Amma Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin sülh istiqamətində həllinə dair addım atmağa qadir olduğu inandırıcı deyil. Görünür, o hazırda özünə dəstək tapmağa çalışır, bununla yanaşı erməni lobbi qruplarını və xüsusən də Avropa Parlamentinə separatçıları dəvət edərək onlarla şou keçirir. Bütün bunlar göstərir ki, erməni təşkilatları fəallaşaraq dünyaya sülh əldə etmək mümkün deyil fikrini çatdırmaq istəyirlər. Amma əslində sülhün mümkün olmamasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasəti, status-kvonu qoruyub saxlamaq istəyidir”-deyə, deputat qeyd edib.

Deputat qeyd edib ki, Avropa təşkilatlarında erməni lobbisinin çox güclü əli var: “Bunun özü Avropa təşkilatlarında erməni korrupsiyasının ab-havasını göstərir. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi araşdırmalar aparılmalı, beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır ”.