YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Daxili Qoşunların hərbi qulluqçularının bir qrupunu təltif edib

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, iki nəfərə general-mayor ali hərbi rütbəsi verilib. Həmçinin iki nəfər (ölümlərindən sonra) “İgidliyə görə”, 14 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.