YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev seçiciləri ilə görüşüb

Martın 6-da 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev Goranboy rayion İcra Hakimiyyətinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında iştirak edib.

Hesabat yığıncağında çıxış edən millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə istər 2018-ci ildə, istərsə də bütövlükdə son 15 il ərzində Azərbaycanda və Goranboy rayonunda görülən işlər, uğurla icra olunan dövlət proqramları və infrastruktur layihələri, genişmiqyaslı quruculuq və abadlıq işləri barədə ərtaflı məlumat verib.

Ağalar Vəliyev həmçinin, ölkənin və rayonun son illərdəki sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı, dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü tədbirlər, o cümlədən əməkhaqqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin artırılması, problemli kreditlərin həlli, çoxmənzilli yaşayış binalarında vətəndaşların mülkiyyət hüququ ilə bağlı sənədlərinin verilməsi prosesinin təkmilləşdirilməsinə yönələn çoxsaylı fərman və sərəncamlarının mahiyyəti barədə geniş izahat verib.

Hesabat yığıncağından sonra Ağalar Vəliyev Goranboy rayonundan olan bir qrup seçiciləri ilə görüşüb.

Deputatın ofisindən verilən məlumata görə, seçicilərin qaldırdıqları məsələlərə millət vəkili tərəfindən həssaslıqla yanaşılıb, bəzi sosial problemlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi barədə onlara məlumat verilib.

Qeyd edək ki, istər hesabat yığıncağında, istərsə də seçicilərlə görüşdə ölkə rəhbərliyinin uğurlu dövlət siyasəti yüksək dəyərləndirilib, cənab Prezidentin siyasətinə böyük dəstək ifadə olunub, ölkəmiz və xalqımız üçün cari ilin və qarşıdakı illərin daha da uğurlu olacağına əminlik ifadə edilib.

DİGƏR Xəbərlər Arxiv