YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Agenzia Nova”: Azərbaycan Türkiyənin üçüncü ən böyük təbii qaz tədarükçüsüdür

İtaliyanın “Agenzia Nova” xəbər saytında “Türkiyənin təbii qaz idxal etdiyi ölkələr sırasında Azərbaycan 3-cü ən böyük qaz tədarükçüsüdür” sərlövhəli yazı yerləşdirilib.

Məqalədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) hesabatına əsasən faktlar yer alıb. Yazıda Azərbaycanın dekabrda Türkiyəyə 794,5 milyon kubmetr qaz ixrac edərək ölkənin üçüncü ən böyük qaz tədarükçüsü olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi ötən ilin müvafiq ayı ilə müqayisədə 200 milyon kubmetrədək artıb. Ötən il Azərbaycan Türkiyəyə 7,43 milyard kubmetrdən çox qaz ixrac etdiyi bildirilir.

Məqalədə Rusiyanın dekabrda 2,26 milyard kubmetr qaz ixrac etməklə Türkiyənin əsas qaz tədarükçüsü olaraq qaldığı və onun ardınca isə 896 milyon kubmetr ixrac edən İranın gəldiyi qeyd edilir.

Yazıda Türkiyənın Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə idxal etdiyi diqqətə çatdırılır.