YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Dejpəsənd: İranın strateji siyasi xəttində Azərbaycanla əlaqələrin inkişafı xüsusi yer tutur

İranın strateji xarakter daşıyan siyasi xəttində Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur.

Bu sözləri İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd deyib.

Nazir bildirib ki, hər iki ölkə prezidentinin çoxsaylı görüşləri təsadüfi xarakter daşımır. Prezidentlər arasındakı görüşlərin intensivliyi əlaqələrin daha da inkişaf etməsi üçün böyük zəmin yaradır: “İranla Azərbaycan arasında elm, mədəniyyət, ticarət, turizm əlaqələri ildən-ilə inkişaf edir. Bu çox sevindirici haldır. Nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasını isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun çəkilişi göstərir. Azərbaycan regionun iqtisadi cəhətdən inkişaf etmiş dövlətidir və bu inkişaf tranzit yüklərin daşınması üçün infrastrukturun yaradılmasına imkan verib. Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun çəkilişində, Astaraçay üzərində dəmir yolu körpüsünün inşasında Azərbaycan tərəfi İranla birgə böyük işlər görüb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu tam hazir olduqdan sonra ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsinə, beynəlxalq bazarlarda da əməkdaşlığına imkan yaradacaq.

F.Dejpəsənd qeyd edib ki, İranla Azərbaycan arasında bank və maliyyə sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə baxılıb, yaxın gələcəkdə bu sahədə əməli addımlar atılacaq.