YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Şurasının baş katibi Azərbaycan Prezidentinin əfv Sərəncamını yüksək qiymətləndirib

Avropa Şurasının baş katibi Türbyorn Yaqlənd məhkum olunmuş bir sıra şəxslərin əfv olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı Sərəncamla bağlı bəyanat verib. Bəyanatda Azərbaycan dövlətinin başçısının bu addımı yüksək qiymətləndirilib.

Türbyorn Yaqlənd 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupun oktyabrın 22-də keçirilmiş iclasına da münasibət bildirib.

Baş katib rəhbərlik etdiyi qurumun nümayəndələrinin də daxil olduğu işçi qrupun hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun qurulmasını alqışlayıb və insan haqlarının daha da yaxşılaşması istiqamətində keçiriləcək belə görüşlərin səmərəliliyini qeyd edib.