YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İƏT-ə üzv dövlətlər Azərbaycanın təşəbbüs və layihələrindən yararlanmağa dəvət olunub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Üzv dövlətlər arasında inkişafın təşviq edilməsində İƏT-in rolu" adlı konsepsiya sənədinin müzakirəsi ilə bağlı keçirilən iclasda iştirak edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycanın konsepsiya sənədinə tam dəstək verdiyini bildirib, İƏT çərçivəsində iqtisadi əməkdaşlığa səmərəli və hərtərəfli yanaşmanın zəruriliyini vurğulayıb. Həmçinin nazir E.Məmmədyarov İƏT-in fəaliyyətinin spesifik prioritetlərə əsaslanaraq aydın hədəflərə malik olmasının və təşkilatın potensialına, eləcə də insan və maliyyə resurslarına uyğunluğunun vacibliyini diqqətə çatdırıb.

Daha sonra nazir E.Məmmədyarov Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini və təşkilatın səmərəliliyinin gücləndirilməsində maraqlı olduğunu xüsusilə qeyd edib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və regionlararası ticarətin genişlənməsini hədəfləmiş genişmiqyaslı nəqliyyat, enerji və İKT layihələri haqqında məlumat verən nazir E.Məmmədyarov İƏT-ə üzv dövlətləri Azərbaycanın təşəbbüs və layihələrindən yararlanmağa dəvət edib. Nazir bu layihələrin rifah gətirəcəyindən, ölkələr arasında dostluğu və əməkdaşlığı gücləndirəcəyindən əminliyini bildirib.

DİGƏR Xəbərlər Arxiv