YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il Daşkənddə Türk Şurasının növbəti iclası və bu qurum çərçivəsində biznes-forum keçiriləcək

Bu il Daşkənddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti iclası və bu qurum çərçivəsində biznes-forum keçiriləcək.

Bu ölkənin xarici işlər naziri Əbdüləziz Kamilovun Abu-Dabidə TDƏŞ-nın baş katibi Bağdad Amreyvlə görüşündə Türk Şurasının Daşkənddə keçiriləcək növbəti iclası və qurum çərçivəsində baş tutacaq biznes-foruma hazırlıq məsələləri müzakirə edilib.

Qeyd olunub ki, hazırda Türk Şurasının fəaliyyətindəki dinamik təmayüllər Özbəkistan üçün böyük maraq kəsb edir. Özbəkistan bu prosesin bir hissəsi olmağa və qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən sammitdə qonaq kimi iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurasının növbəti iclasının Daşkənddə keçirilməsini təklif etmişdi.