YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənistan bütün vasitələrlə münaqişənin sülh yolu ilə həllinə mane olmağa çalışır

“Ermənistan bütün vasitələrlə münaqişənin sülh yolu ilə həllinə mane olmağa çalışır. Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda yaratdığı separatçı rejim də bu məsələdə alət kimi istifadə olunur”. Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bir sıra beynəlxalq sənədlərdə öz əksini tapıb. Bunun bir nümunəsi olan Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə qərarı bir daha təsdiq edir ki, qondarma rejim bilavasitə Ermənistanın təsiri altındadır və onun siyasi, maliyyə və hərbi dəstəyi sayəsində mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər.

“Hesab edirəm ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa hazırdırlar. Hər iki icmanın xoşbəxt gələcəyi və regionun təhlükəsiz iqtisadi inkişafı işğal siyasətinə son qoyulmasından asılıdır. Ermənistan tərəfi isə buna mane olmağa çalışır”-deyə, millət vəkili qeyd edib.