YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Bu Fərman problemli kreditlər məsələsinin köklü şəkildə həll edilməsinə imkan verəcək

“Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı son fərman uzun müddətdir müzakirə olunan və əhalini daha çox narahat edən sosial məsələlərin həlli deməkdir”. Bu fikirləri  iqtisadçı ekspert Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, uzun müddətdir vətəndaşların diqqətində olan problemin həlli 100 minlərlə insanın bu güzəştdən istifadə etməsi anlamına gəlir. Onun sözlərinə, fərmana əsasən xarici valyuta ilə kredit götürmüş bir qrup şəxslər bu güzəştdən faydalanmaq imkanı qazanacaqlar.

Onun sözlərinə görə, güzəşt 10 min ABŞ dolları həcmində olan kredit borclarına tətbiq olunacaq: “Güzəştin müəyyənləşdirilməsi zamanı iki dövrü nəzərdə tutub. Belə ki, 2012-ci il yanvarın 1-dən 2015-ci ilin fevralın 21 tarixinədək, yəni birinci devalvasiyaya qədər olan dövr nəzərdə tutulub. Həmin dövrdə hər dollara 0.25 qəpik güzəşt tətbiq olunacaq. Əgər birinci devalvasiya dövrünə qədər hər hansı vətəndaş 10 min ABŞ dolları həcmində kredit götürmüşdüsə, onun krediti manatla 7800 manat idi. devalvasiyadan sonra həmin məbləğ 10.500 manata çatmışdı. Fərmana əsasən hər dollara 0.25 qəpik güzəşt tətbiq edildiyi üçün 10.500 manatdan 2500 manat çıxılacaq və əsas məbləğ praktiki olaraq devalvasiyadan əvvəlki səviyyəyə, yəni 8 min manata çatacaq” .

V. Bayramov qeyd edib ki, fərmana əsasən 2015-ci ilin fevral ayının 21-dək həmin ilin dekabrın 21-dək, yəni ikinci devalvasiya dövründə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq: “ Bu da hər 10 min ABŞ dollarına 6 min dollar güzəşt tətbiq edilməsi anlamına gəlir. Hər bir vətəndaşa tətbiq edilən güzəştin maksimum dəyəri 5 min dollar olacaq. Bu da o deməkdir ki, 10 min dollar kredit göstərən vətəndaşımızın 5 min dollara qədər güzəşt əldə etmək imkanı olacaq”.

Qalan məbləğin ödənilməsinə gəlincə, ekspert vurğulayıb ki, vətəndaşlara banklardan illik faizi 1 faiz olmaqla 5 il müddətində güzəştli kredit götürmək imkanı veriləcək: “Bu da nəticə etibarı ilə vətəndaşlara qalan məbləği illik 1 faizlik kredit götürməklə 5 il müddətinə ödəməyə imkan verəcək. Bunun üçün Mərkəzi Bank tərəfindən 682 milyon manatlıq krediti kommersiya banklarına ödəyəcək. Eyni zamanda banklar tərəfindən hesablanan artıq faizlər, cərimələr silinir, məhkəmələrdə olan işlərin geri çağırılması tövsiyə edilir. Prezident 800 min nəfərin kredit problemini birdəfəlik həll etdi. Bir sözlə ifadə etsək deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən imzalanan bu Fərman problemli kreditlər məsələsinin köklü şəkildə həll edilməsinə imkan verəcək. Bu da vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından ciddi addım kimi qiymətləndirilməlidir”.