YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Parlamentinin deputatı: Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq

Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq.

Bunu Trend-ə Türkiyə parlamentinin Ədalət və İnkişaf Partiyasından (AKP) deputatı Mehmet Əli Özkan deyib.

Onun sözlərinə görə, Xocalı faciəsi 20-ci əsrin ən qanlı faciəsidir:

“ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni etməlidir”.

Deputat qeyd edib ki, Xocalıda törədilmiş cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib və heç sübuta ehtiyacı yoxdur.