YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Minimum əmək pensiyasının artırılması dövlətimizin uğurlu sosial siyasətinin əyani təzahürüdür

“Azərbaycanda insanların sosial rifah halının yüksəldilməsi, oların yaşayış səviyyəsinin daim yaxşılaşdırılması məsələləri dövlətin prioritetidir”. Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan addımlar, görülən işlər bir daha isbatlayır ki, Azərbaycanda həyata keçirilən sosial siyasət sistemli, düşünülmüş kompleks tədbirlərdən ibarətdir. Məhz, cənab Prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanları ilə minimum əmək haqqının, tələbələrin təqaüdlərinin, Prezident təqaüdünün artırılması, şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi və s. həmin tədbirlərin, atılan addımların tərkib hissəsidir.

““Əmək pensiyaları haqqında” qanuna dəyişiklik nəticəsində minimum əmək pensiyasının artırılması da dövlətimizin uğurlu sosial siyasətinin əyani təzahürüdür. Minimum əmək pensiyasının 45 faiz qaldırılması həm də vətəndaşlara olan dövlətin diqqəti və qayğısı kimi də dəyərləndirmək mümkündür”-deyə, S.Vəliyeva vurğulayıb.