YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına parlamentlərarası dostluq qrupları da töhfə verirlər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Şamil Ayrım ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Prezident İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd edib və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirib.

Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına parlamentlərarası dostluq qruplarının töhfə verdiyini söyləyən deputat bu xüsusda qarşılıqlı səfər mübadilələrinin və təmasların artırılmasının əhəmiyyətini qeyd edib.

Elmar Məmmədyarov iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, xüsusilə də parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. O, deputatlar arasında müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini bildirib.