YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fitch: 2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək

2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək.

Bu barədə “Fitch Ratings” agentliyinin yeni hesabatında deyilir.

Agentlik Azərbaycanın emitentinin uzunmüddətli xarici valyutada defolt reytinqi “BB+” səviyyəsində və sabit olaraq təsdiq olunub.

Qeyd olunur ki, bu il Azərbaycanda iqtisadiyyatın artım templəri “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz tədarükü ilə bağlı olacaq.

Bundan başqa, turizm və kənd təsərrüfatı sahələri də iqtisadi artıma səbəb olacaq.

Hesabata əsasən, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun aktivləri 9 faiz artaraq 39 milyard dollara çatıb.

Bundan başqa, agentlik ölkənin bank sektorunda vəziyyətin yaxşılaşmasını qeyd edir.

Belə ki, 2018-ci ildə kreditləşmənin artımı daha kiçik faiz dərəcəsi ilə 7 faiz təşkil edib, kapitallaşma isə 19,5 faizədək artıb.