YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Əfv sərəncamı indiyədək yüzlərlə insanın ailəsinə sevinc bəxş edib

«Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması böyük humanizm nümunəsi kimi dəyərləndirilməlidir». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Sərəncam nəticəsində 84 nəfər məhkumun əfv olunduğunu deyən Ç.Qənizadənin sözlərinə görə, bu sevinci indiyə qədər minlərlə insan yaşayıb.  Çünki əfv olunan məhkumların ailələrinə də böyük sevinc bəxş olunur.

«Dövlət başçısı davamlı olaraq məhkumların əfv olunması ilə bağlı sərəncamlar imzalayır və bunnula da onların  ailələlərinə sevinc bəxş edir. Məhz buna görə də, təkcə əfv olunan məhbuslar və onların yaxınları deyil, bütün ictimaiyyət bu addımı alqışlayır. Bu Sərəncam Azərbaycanda humanist siyasətin həyata keçirilməsinə dair çoxsaylı göstəricilərdən biridir»- deyə, Ç.Qənizadə deyib.