YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qadınların cəmiyyətdə rolunun artırılması Azərbaycan dövlətinin prioritetlərindəndir

Azərbaycanda qadınların həyat şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətin müxtəlif sahələrində rolunun daha da artırılması dövlətin prioritetlərindən biridir. Ölkəmizdə bu məsələ ilə bağlı vacib işlər görülüb, müvafiq fərman və sərəncamlar imzalanıb, proqramlar qəbul edilib.

Bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT baş katibinin köməkçisi və BMT-nin qadınlar təşkilatının icraçı direktorunun müavini Lakşmi Puri ilə görüşündə səslənib.

Hicran Hüseynova Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirakına və Azərbaycanda həyata keçirilən qadın siyasətini yüksək qiymətləndirdiyinə görə qonağa təşəkkürünü bildirib. Komitə sədri deyib ki, Azərbaycan müxtəlif mövzularda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Keçirilən tədbirlərin böyük əksəriyyətində gender bərabərliyi məsələsi öz əksini tapır.

Lakşmi Puri bildirib ki, Bakıda keçirilən konfransda İƏT-ə üzv ölkələrdə qadınların üzləşdikləri problemlərin aradan qaldırılmasında birgə səyləri gücləndirməklə bağlı səmərəli fikir mübadiləsi aparıldı. O, cəmiyyətdə müəyyən sahələrdə qadınların problemlərinin hələ də tam həllini tapmadığını, bu istiqamətdə islahatlar aparılmasına cəhd olunmasının isə bəzən yanlış təəssürat yaratdığını söyləyib. L.Puri deyib ki, əsas məqsəd İslamda qadınlara verilən dəyəri cəmiyyətə aşılamaqdır.

Konfransda qəbul edilmiş Bakı Bəyannaməsinin əhəmiyyətinə toxunan L.Puri bu Bəyannamənin qarşıya qoyulan məqsədlərə çatmağa və İƏT ölkələri arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.