YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“ASAN xidmət” mərkəzində uşaq hüquqi yardım otağı açılıb

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı “ASAN xidmət” mərkəzində uşaq hüquqi yardım otağı açılıb.

Bununla əlaqədar keçirilən tədbirdə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək uşaq hüquqlarının qorunması sahəsində ölkəmizdə görülən işlərdən danışıb. Uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayan İnam Kərimov xidmətin də bu məqsədlə təşkil edildiyini diqqətə çatdırıb.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümündə bu otağın açılmasının sevindirici olduğunu bildirib. “ASAN xidmət” mərkəzlərində uşaqlar üçün mütərəqqi addımların atıldığını deyən A.Şilakadze bu xidmətin təşkilinin dövlətin müvafiq sahəyə olan diqqətinin bariz nümunəsi olduğunu bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin şöbə müdiri Yeron Villems “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən bəhs edib. Bildirib ki, bu, uşaqlar üçün hüquqi yardım xidmətlərinin həyata keçirilməsində səmərəli nəticələrin əldə olunmasına kömək edir.

Qeyd edək ki, otaq uşaq hüquqi yardım xidmətlərinin “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilməsi üçün UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşəbbüsü ilə yaradılıb.