YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: İnsanlar problemlərin mitinq yolu ilə deyil, dialoq yolu ilə həllinə əmindirlər və əldə olunan müsbət nəticələr məhz bunun göstəricisidir

“Azərbaycanda şəhid ailələrinə qayğı, onların sosial təminatı ilə bağlı məsələlər həmişə dövlətin diqqət mərkəzində olub. Dövlət başçısının ötən ilin aprel ayında imzaladığı Fərmanla 1997-ci ilədək şəhid olmuş həqiq hərbi qulluqçuların ailələrinə 11 min manat həcmində birdəfəlik ödəmənin verilməsi prosesinin həyata keçirilməsi başladı. 1997-ci ildən sonra şəhid olmuş hərbi qulluqçuların və polislərin ailələrinin və vərəsələrinin həmin birdəfəlik ödəmənin alması məsələsi haqqında isə hələ parlamentin ötən payiz sessiyası zamanı fikirlər səsləndirirlib, şəhidlərin vərəsələri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşlər keçirilib və məsələnin araşdırılması haqqında məlumatlar verilib”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, bu məsələnin araşdırılması Prezident İlham Əliyevin  daim diqqətində olub. Yəni məsələnin araşdırılması müəyyən zaman tələb edirdi. Nəticədə isə cənab Prezident tərəfindən şəhid ailələrinin üzvləri və vərəsələri qəbul olundu və məsələ dövlət başçısının yeni Fərman imzalamsı ilə həll edildi.

Radikal müxalifətin bu prosesin “Milli şura” deyilən qurumun 19 yanvar mitinqindən sonra hakimiyyətin geri çəkilməsinin nəticəsi olması barədə iddialarına münasibət bildirən Ə.Hüseynlinin fikrincə, onların bu düşüncəsi çox gülüncdür. Bu, bir daha göstərir ki, vaxtilə bir il hakimiyyətdə olmuş bu müxalifət ümumiyyətlə idarəetmədən bixəbərdilər. “Qeyd etdiyim kimi şəhid ailələri ilə bağlı məsələnin araşdırılması müəyyən zaman tələb edirdi və nəticədə məsələ həll olundu. Amma gülüncdür ki, bu araşdırma dövrünü müxalifət öz mitinqinin “nəticəsi” kimi təqdim etməyə çalışır. Nədən? Çünki onların idarəetmə təcrübəsi olmayıb. Bir il hakimiyyətdə olduqları dövrdə onların səriştəsizliyindən,  törətdikləri cinayətlərdən danışsaq, bəlkə buna bir il vaxt lazımdır. Mitinqin özü, eləcə də, zamanında bu müxalifətlə bir hakimiyyətdə olmuş, amma proseslərə daha obyektiv qiymət verən bəzi siyasət adamlarının açıqlamaları göstərir ki, onların nə qədər acınacaqlı durumu mövcuddur. Radikal müxalifət  çalışırdı ki, hər hansı məhkumun azadlığa buraxılmasından, yəni sırf hüquqi prosesdən özünə xalq qazansın. Amma bu da baş tutmadı. Radikalların 26 yanvarda keçirmək istədiyi qanunsuz  mitinqə insanların gəlməməsi də göstərdi ki, vətəndaşlar hər hansı problemlərin dövlət orqanları tərəfindən həll olunacağına əmindirlər. İnsanlar  problemlərin mitinq yolu ilə deyil, dialoq yolu ilə həllinə əmindirlər və məhz əldə olunan müsbət nəticələr də bunun göstəricisidir. Bu, heç bir halda, kiçik bir qrupun mitinqinin nəticəsi ola bilməz”-deyə, komitə sədri vurğulayıb.

Ə.Hüseynlinin fikrincə, müxaliflərin şəhid ailələri ilə bağlı məsələni qabartmasının özü məntiqdən kənardır: “Vaxtilə minlərlə şəhid vermişik, amma torpaqlarımız işğal olundu. Ona görə ki, bu, vaxtilə hakimiyyətdə olmuş həmin insanların təkcə şəriştəsizliyinin nəticəsi deyildi, həm də cinayətkarcasına laqeydliyi idi. Təsadüfi deyil ki, Azərbaycanın istintaq, məhkəmə orqanları bu məsələləri araşdırarkən rayonlarımızın ermənilər tərəfindən işğal olunmasına məhz  bir sıra hallarda AXC-Musavat cütlüyü hakimiyyəti tərəfindən şərait yaradıldığı sübut olunub.  Onlar hakimiyyətdə olduğu illərdə torpaqlarımızın müdafiəsini nəinki təşkil  edə bilmədilər, hətta xalqın dəvəti ilə Ümummilli lider Heydə Əliyev 1993-cü idə Bakıya qayıtdıqdan sonra o vaxtlar mövcud olan hərc-mərclikdən sui-istifadə etdilər və bir neçə rayonun da işğal olunmasına şərait yaratdılar”.