YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: “Amerikanın səsi” radiosunun hazırladığı veriliş separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir

«“Amerikanın səsi” radiosu tərəfindən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilişin hazırlanması ədalətsiz və qərəzli xarakter daşıyır». Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, həmin verilişdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilməyib. Onun sözlərinə görə, “obyektivlik” və “qərəzsizlik” prinsiplərindən danışan “Amerikanın səsi” radiosu tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud durumu da obyektiv şəkildə işıqlandırılmalıdır.

«Hesab edirik ki,  “Amerikanın səsi” radiosunun bu verilişi separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir. Onun bu birtərəfli addımı, eləcə də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hisslərinə hörmətsizlikdir»- deyə, H.Hacıyev qeyd edib.