YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan parlamenti senatı Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib

Qazaxıstan parlamenti senatı (yuxarı palata) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.

Xatırladaq ki, avqustun 12-də Aktau şəhərində keçirilən Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının yekunu olaraq, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya prezidentləri Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya imzalayıblar. Sənəd üzərində işlər 1996-cı ildən bəri davam edib.

Konvensiyanı səmərəli şəkildə həyata keçirmək üçün müntəzəm beştərəfli məsləhətləşmələrin aparılmasına dair xüsusi mexanizm, Xəzər məsələləri üzrə yüksək səviyyəli işçi qrupu yaradılır.