YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Yeni proqram Azərbaycanın daha sürətli inkişafını təmin edəcək

“Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Azərbaycanda son 15 il ərzində qazanılmış uğurların və nailiyyətlərin ictimaiyyətə təqdim edilməsi baxımından çox önəmlidir”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, son 15 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu inkişafı iqtisadi göstəricilər də təsdiqləyir.

“Ümumi daxili məhsul  3.3 artıb, ölkəmizin valyuta ehtiyatları 24 dəfə artaraq 45 milyard dollar çatıb. Sənayedə 2.6 dəfə, kənd təsərrüfatında 4.7 dəfə artım olub. Bu gün 2 milyon yeni iş yeri yaradılıb, maaş və pensiyalar 7-9 dəfə artıb. Eləcə də 3200-dən çox məktəb, 700-ə yaxın tibb mərkəzi tikilib. Bu istiqamətdə görülən işlərin miqyası çox genişdir. Respublikamızda təbii  qazla təmin olunma işi 95.7 faizə çatıb, yolların tikintisi 15 min kilometrdən çox olub. Yəni son 15 il ərzində ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin həcmi o qədər böyük olub ki, onu qısa şəkildə demək qeyri-mümkündür. Çünki son 15 ilin hər bir ili, günü hansısa bir yeni layihənin açılışına həsr olunub. Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard manat investisiya yatırılıb. Bütün bunlar hər bir azərbaycanlinin rifahının yaxşılaşmasına xərclənib. Artıq cənab Prezident tərəfindən dördüncü proqram təsdiq olunub. Hesab edirəm ki, yeni hədəflərin icrası Azərbaycanın daha sürətli  inkişafını təmin edəcək”-deyə, deputat qeyd edib.