YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistan işğalçı siyasətə son qoyana qədər Azərbaycan təzyiq siyasətindən istifadə edəcək

“Azərbaycan Prezidentinin şəhid ailələri ilə görüşü böyük siyasi əhəmiyyət kəsb edir. Görüş göstərdi ki, cənab Prezident xüsusi və həssas kateqoriyadan olan insanlara çox böyük diqqət və qayğı ilə yanaşır”. Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov  bildirib ki, dövlət başçısı yeni Fərman imzalamaqla  bütün şəhid ailələri 11 min manat birdəfəlik ödəmə alacaqlar. Görüş zamanı dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, cənab Prezidentin görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın münaqişənin həlli ilə bağlı üstünlük əldə etdiyini bird aha göstərir.

“Heç bir dünya dövləti, beynəlxalq təşkilat qondarma rejimi tanımayıb. Yəni bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Qondarma rejimdə keçirilən "referendumu” heç bir dövlət tanımadı. Bu da diplomatik üstünlüyümüzü göstərir. Yəni beynəlxalq birlik Azərbaycanın mövqeyini müdafiə edir. Ermənistan işğalçı siyasətə son qoyana qədər Azərbaycan təzyiq siyasətindən istifadə edəcək. Dövlət başçısının çıxışı həm də Ermənistan rəhbərliyinə, ATƏT-in Minsk Qrupuna, beynəlxalq ictimaiyyətə bir mesaj idi ki, nəticə çıxarsınlar, Azərbaycanın sülhvərpər siyasətini düzgün qiymətləndirsinlər”-deyə, E.Nəsirov vurğulayıb.