YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəfiqə Hüseynzadə: Həyata keçirilən layihələrdə ekologiyanın qorunmasına ciddi fikir verilir

«Neflə çirklənmiş yerlər təmizləndikdən sonra yaşıllaşdırma əməliyyatı həyata keçiririk. Yaşıllaşdırma prosesində  400 hektardan artıq əraziyə 500 min ağac əkmişik”». Bu sözləri ARDNŞ-in vitse –prezidenti Rəfiqə Hüseynzadə deyib.

R.Hüseynzadə bildirib ki, Qaradağ rayonu ərazisində böyük tullantı mərkəzi yaradılacaq. Onun sözlərinə görə, bu, dünya səviyyəsində ən böyük zavod olacaq.

«Burada həm çirklənmiş torpaq, həm də lay sularının təmizlənməsi həyata keçiriləcək. Bu işlər həm ARDNŞ, həm də BP üçün böyük önəm daşıyır. Artıq neft və qaz istehsalında atmosferə zərərin sıfıra endirilməsi üçün işlər həyata keçirilir. Bugünkü istehsal əlbəttə torpaqları çirkləndirir, əsas məsələ bunu həll etməkdir. Ümumilikdə, həyata keçirilən yeni layihələrdə də ekologiyanın qorunmasına ciddi fikir verilir»- deyə, ARDNŞ-in vitse-prezidenti vurğulayıb.