YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycanın təşəbbüsləri ölkəmizin beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirir

“Azərbaycanın təşəbbüsü ilə regionda mühüm qlobal layihələr həyata keçirilir. Bu amil ölkəmizin beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirir”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Azərbaycan Cənubi Qafqazda aparıcı rol oynayır, regionda söz sahibidir. Onun sözlərinə görə, Cənub-Şimal, Şərq Qərb dəhlizi, TANAP, TAP kimi layihələr iqtisadi olsa da, siyasi baxımdan da böyük əhəmiyyət kəsb edir.

“Azərbaycanın öz imkanlarını dünyaya tanıtdırmaq üçün istifadə etdiyi ən mühüm platformalardan biri məhz Davos İqtisadi Forumudur. Ölkəmiz bu Forum vasitəsilə siyasi, iqtisadi gücünü ortaya qoyaraq burada təmsil olunan digər ölkələri əməkdaşlığa çağırır. Eyni zamanda, Azərbaycanda xarici investorların fəaliyyəti üçün bütün imkanlar mövcuddur. Nəqliyyat infrastrukturumuz xarici biznes adamları üçün ən cəlbedici sahələrdən biri hesab olunur. Məlumdur ki,  Azərbaycan nəqliyyat infrastrukturunu öz maliyyəsi hesabına yaradıb. Heç bir ölkədən kredit almadan bunu etmək ölkəmiz üçün böyük uğurdur. Davos İqtisadi Forumu da bu imkanların nümayişi üçün mühüm platformadır. Ölkəmiz bu forumda fəal iştirakı ilə dünya iqtisadiyyatında, biznesində öz mövqeyini gücləndirir”-deyə, C.Osmanov vurğulayıb.