YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdris İsayev: Bu gün peşə təhsili sistemində ciddi islahatlar həyata keçirilir

“Bu gün peşə təhsili sistemində ciddi islahatlar həyata keçirilir”. Bu fikri təhsil nazirinin müavini İdris İsayev deyib

İ.İsayev bildirib ki, 2018-ci ildə peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil olunub. Onun sözlərinə görə, gənclərin məşğulluğu sahəsində problemlərin yaranmasına səbəb təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun olmasıdır.

“Bəzən əmək bazarında lazım olmayan sayda kadrların hazırlanması, onların hazırlıq səviyyəsinin isə işəgötürənlərin tələblərinə cavab verməməsi məşğulluqla bağlı problem yaradır. Təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi üçün də tədbirlər həyata keçirilir. Aparılan tədbirlər nəticəsində məzunlar əmək bazarında öz yerlərini tutmağa başlayıb. Turizm sahəsi üzrə məzunların 62,3 faizi, informasiya texnologiyaları üzrə 73 faizi, xidmət sahəsi üzrə isə 69 faizi işlə təmin olunub”-deyə, nazir müavini vurğulayıb.