YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan dünya üçün çox əhəmiyyətli ölkədir

«Son illər ölkəmiz sürətlə inkişaf edir. Bu inkişaf bütün sahələri əhatə etməkdədir. Ən önəmli məsələlərdən biri isə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilməsidir». Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, cari ilin ötən 9 ayı ərzində Azərbaycan sosial-iqtisadi sahədə inkişaf tempini qorumaqla yanaşı, beynəlxalq müstəvidə də söz sahibi olub. Onun sözlərinə görə, ölkəmiz, həmçinin, nüfuzlu beynəlxalq tədbirlərin çevrildiyi məkana çevrilib.

«2014-cü il ərzində ATƏT PA-nın illik sessiyası, Avropa Şurasının Bürosunun və Daimi komitəsinin iclası NATO PA-nın seminarı və s. mötəbər tədbirlər buna sübutdur. Bu yaxınlarda keçirilmiş IV Beynəlxalq Bakı Humanitar Forumunda müzakirə olunan məsələlər, tədbirdə dünyanın nüfuzlu şəxslərinin iştirakı Azərbaycanın mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu bir daha sübut edir. Eyni zamanda, ölkəmiz böyük transmilli layihələrin icra olunmasında fəal iştirakı ilə də bağlı mühüm siyasət həyata  keçirir. Bütün bunlar Azərbaycanın dünya üçün çox əhəmiyyətli ölkə olduğunu bir daha təsdiqləyir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.