YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Sosial inkişaf məsələləri dövlət siyasətinin prioritetləri sırasındadır

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial inkişaf məsələləri dövlət siyasətinin prioritetləri sırasındadır”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. 

M.Quliyev bildirib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiy­yə­tin başlıca sosial prob­lemlərindən olan yoxsulluğun sə­viy­yəsinin azaldılmasıdır. Onun sözlərinə görə, ötən dövrdə iqtisadiyyatin sürətli inkişafı yox­sulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açdı.

“Hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir. Onu da qeyd edim ki, res­pub­likamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məş­ğul­luğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Son illərdə bu isti­qa­mətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza for­ma­laşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqti­sadi inkişafına dair Dövlət Proqramı davamlı iqtisadi inki­şafı səviyyəsinin yüksəl­mə­si ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əha­li­nin məş­ğulluğunun təmin edilməsinə və son nəticədə in­san­ların maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli dərə­cədə təsir göstərib”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.