YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: 2018-ci ildə Azərbaycan bütün sahələr üzrə böyük uğurlar qazandı

“2018-ci ildə Azərbaycan bütün sahələr üzrə böyük uğurlar qazandı”. Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, ötən il ölkəmizdə ümumi daxili məhsulda, qeyri-neft sektorunda, sənayedə artım baş verib. Onun sözlərinə görə, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Bundan əlavə, ötən il ərzində ölkəmizdə müasir texnologiyanın inkişafına böyük önəm verilib.

“Eyni zamanda, Azərbaycanda sosial-iqtisadi sahədə ciddi uğurlar qazanılıb. Həmçinin, ölkəmizin tşəbbüsü ilə mühüm transmilli layihələr reallaşdırılıb. Belə ki,  2018-ci ildə Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin açılışı oldu. Bununla yanaşı, ötən il  Ələt Ticarət Limanı istifadəyə verildi. Bu layihələrin reallaşması təkcə həm Avropanın enerji təhlükəsizliyinin güclənməsində, həm də  Avrasiyanın nəqliyyat infrastrukturu üçün böyük əhəmiyyətə malikdir. Güclü nəqliyyat infrastrukturu Azərbaycanın tranzit imkanlarını artıracaq. Təbii ki, dövlətimiz üçün ən əsas problem torpaqlarımızın erməni işğalından azad olunmasıdır. Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsində qətiyyətli mövqeyini hər zaman nümayiş etdiri. Ötən il qazanılan Günnüt zəfəri qarşı tərəfə ciddi mesaj oldu”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv