YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: 2018-ci ildə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqeyini davam etdirdi

“Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli əsas yer tutur”. Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Azərbaycan bu istiqamətdə qətiyyətli mövqeyini və çoxşaxəli fəaliyyətini davam etdirir. 2018-ci ildə Azərbaycan bu istiqamətdə prinsipial siyasətini davam etdirib. Onun sözlərinə görə, ölkəmizin birmənalı mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

“Azərbaycan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli işində çox ciddi mövqelərə malik olub. İşğalçı siyasətini davam etdirən Ermənistanın isə regionda təcrid vəziyyəti dərinləşir, təcavüzkar ölkə bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Ümumiyyətlə, işğlaçı ölkə yürütdüyü destruktiv siyasət nəticəsində qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərdə hərtərəfli gərginliyə malikdir. Digər tərəfdən, ötən il işğalçı ölkədə iyirmi ildir ki, hakimiyyəti zəbt edərək öz xalqını istismar edən kriminal xunta rejimi çöküb. Şübhəsiz ki, bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Azərbaycan işğalçı siyasətini davam etdirən Ermənistanı təcrid vəziyyətində saxlayır, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələri bu ölkədən yan keçir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Beynəlxalq ictimaiyyət tərəfindən son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin göstəricisidir”-deyə, deputat qeyd edib.