YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəmməd İbrahim Əl-Şeybani: Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr dinamik şəkildə inkişaf edir

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov Dubay Hökmdarı Divanının (Administrasiyasının) baş direktoru Məhəmməd İbrahim Əl-Şeybani ilə görüşüb.

Görüşdə baş konsul Azərbaycan ilə BƏƏ arasında əlaqələrin tarixi, dini və mədəni köklərə bağlılığı barədə danışıb, Dubay Əmirliyi ilə münasibətlərin inkişaf etdiyini vurğulayıb. Hər iki ölkə rəhbərliyinin bu əlaqələrin qurulması və möhkəmləndirilməsində rolunu qeyd edən baş konsul Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın rəhbərliyi ilə münasibətlərin dinamik inkişaf etdiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında turizm, mədəniyyət, ticarət və s. sahələrdə əməkdaşlıq üçün geniş potensial olduğunu vurğulayan diplomat turist sayında müşahidə olunan artımın, həyata keçirilən mühüm mədəni tədbirlərin, o cümlədən bu yaxınlarda Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılmasının dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.

Məhəmməd İbrahim Əl-Şeybani, öz növbəsində, iki ölkə arasında müxtəlif sahələrdə dinamik şəkildə inkişaf edən əməkdaşlığın mövcud olduğunu bildirib. O, daha öncə bir neçə dəfə Azərbaycana səfər etdiyini və bu səfərlərin onda xoş təəssürat oyatdığını diqqətə çatdırıb. Baş direktor təhlükəsizlik, halal ərzaq məhsulları, əlverişli iqlim və məsafənin yaxınlığı kimi üstünlüklərə sahib olması səbəbindən hazırda Azərbaycanın ərəb turistlərin əsas səyahət məkanlarından biri olduğunu söyləyib. Daha sonra o, Azərbaycan ilə BƏƏ arasında hava uçuşları ilə maraqlanıb.

Baş konsul C.Hüseynov hazırda “Azərbaycan Hava Yolları”, “Etihad Airways”, “Fly Dubai” və “Air Arabia” şirkətlərinin ölkələrimiz arasında birbaşa uçuşlar həyata keçirdiyini bildirib, statistik göstəricilərə əsasən ərəb ölkələri arasında Azərbaycana ən çox səfər edən turistlərin BƏƏ-dən olduğunu qeyd edib.