YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ardıcıl və uğurlu islahatlar aparılır

“Azərbaycanda  əhalinin sağlamlığının qorunması dövlətimizin daxili siyasətinin prioritet istiqamətidir və cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir”. Bu fikri yap.org.az saytına müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ardıcıl və uğurlu islahatlar aparılır. Onun sözlərinə görə, bu islahatların ən mühüm tərkib hissəsi vətəndaşlarımıza göstərilən səhiyyənin idarə olunması və maliyyələşdirilməsinin optimallılığını təmin edəcək icbari tibbi sığorta sisteminin qurulmasıdır.

“Bu istiqamətdə cənab Prezidentin rəhbərliyi ilə son illərdə çox ciddi işlər görülmüşdür. İcbari Tibbi Sığorta Agentliyinin Yevlax, Mingəçevir, Ağdaş və Naxçıvan MR Sədərək rayonlarında həyata keçirdiyi pilot layihələr uğurlu nəticələr vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İcbari tibbi sığortanın 2020-ci ildə bütün ölkə ərazisində tam tətbiq olunmasına hazırlıq işlərini sürətləndirmək, səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi münasibətlər əsasında təkmilləşdirilməsi yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi xidmətin keyfiyyətini yüksəltmək, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması ilə bağlı Fərman imzalamışdır. İcbari tibbi sığortanın bütün ölkə ərazisində tam tətbiq edilməsi üçün mükəmməl hüquqi bazanın yaradılmasına ehtiyac vardır. “Tibbi sığorta haqqında” mövcud qanun 1999-cü ildə qəbul edilmişdir və bir çox aspektlərdə bu günkü tələblərə cavab vermir. Ötən ilin payız sessiyasında cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim etdiyi “Tibbi sığorta haqqında” AR Qanununa əlavə və dəyişikliklər də bu zərurətdən irəli gəlirdi. Sənədin müzakirəsi zamanı millət vəkilləri dəyişikliklərin əhəmiyyətini vurğuladılar və qəbul etdilər”-deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv