YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dubayda Azərbaycan Ticarət Evi açılacaq

Yanvarın 10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılışı gözlənilir.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Dubayda yaradılacaq Azərbaycan Ticarət Evi yerli məhsulların tanıdılması və ixracın artırılması istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Minsk şəhərində açılıb. Hazırda Rusiya, Ukrayna, Belarus, Latviya, Polşa və Çində Azərbaycan ticarət evləri fəaliyyət göstərir.