YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.

Məlumat verildi ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Prezident İlham Əliyev bu ilin yanvarında Gəncə şəhərinə səfəri zamanı bir sıra mədəniyyət ocaqlarının açılışını etməklə yanaşı, Dövlət Dram Teatrı binasının tikintisi üçün də göstəriş vermişdi.

Dövlətimizin başçısının Sərəncamı ilə teatrın yeni binasının tikintisinə ilkin mərhələdə 3 milyon manat vəsait ayrılıb.

Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək. Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlini qoydu.

Dövlətimizin başçısına ətrafda aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verildi.