YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün özündən asılı olan hər şeyi edəcək

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün özündən asılı olan hər şeyi edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib./Trend/

M.Zaxarova bildirib ki, bu məsələdə vaxt həddi qoyulmur: “Əgər vaxt barədə danışsaq, əlbəttə ki, biz hər zaman münaqişənin tez bir vaxtda nizamlanmasının və buna yönəlmiş tədbirlərin tərəfdarı kimi çıxış etmişik. Amma dəqiq vaxt barədə danışmaq çətindir. Təəssüf ki, bu, uzanmış münaqişədir”.

M.Zaxarova əlavə edib ki, Rusiya tərəfindən asılı olan bütün işlər yerinə yetiriləcək.