YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak ediblər.

Sonra dövlətimizin başçısı və xanımı ərazidə ümumi sahəsi 15,4 hektar olacaq yeni yaşayış kompleksinin təməlini qoyublar.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonu ərazisində yenidən qurulan parkda yaradılan şəraitlə tanış olublar.