YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Braziliyanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər, eyni zamanda, əlaqələrin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər.

Tərəflər Azərbaycan və Braziliya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından vacibliyini bildiriblər.

Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Braziliyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.