YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anni d’Esker: Bakı məftunedici şəhərdir

Azərbaycanlı dostlarım həmrəylik və birlik gününü qeyd edirlər. Belə əlamətdar gündə dostlarımın sevincini bölüşmək üçün onlarla birlikdə olmaq istədim. Həmrəylik və birlik bir xalq üçün çox vacibdir.

Bu fikirləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Parisdə keçirilən tədbirdə iştirak edən Anni d’Esker bildirib.

“Azərbaycanı çox sevirəm. Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişəm. Heydər Əliyev Mərkəzi çox möhtəşəmdir. Ümumiyyətlə, Bakının gözəl memarlığı var. Dənizkənarı bulvara, İçərişəhərə, insanların qonaqpərvərliyinə heyran oldum. Azərbaycanın paytaxtında gördüklərim məndə unudulmaz təəssürat yaratdı. Bakı məftunedici şəhərdir”, - deyə Anni d’Esker vurğulayıb.