YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Aztəminatlı ailələrin sosial problemlərinin həllinə həssaslıqla yanaşılır

“Prezident İlham Əliyevin ünvanlı dövlət sosial yardımı alan ailələrə 100 manat məbləğində birdəfəlik vəsaitin ayrılması haqda imzaladığı Sərəncam dövlətin sosial siyasətinin növbəti təsdiqidir”. Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, 2019-cu il büdcəsinin 33,4 faizi sosial yönümlü xərclərə ayrılıb. Bu da təqribən 8,3 milyard manat deməkdir. 2019-cu ildən başlayaraq pensiya və müavinətlərin artırılması əsas hədəflərdən biridir.

“Büdcənin üçdə bir hissəsi sosial məqsədlər üçün nəzərdə tutulub. Dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Bu mənada imzalanan son sərəncama eyni məntiqlə qiymət vermək olar. Prezident aztəminatlı ailələrin sosial problemlərinin həllinə xüsusi həssaslıq və diqqətlə yanaşır. İmzalanan Sərəncam da bu siyasətin ifadəsi kimi dəyərləndirilə bilər”-deyə, deputat qeyd edib.